четверг, 10 ноября 2011 г.

СТАНДОТКЛОНП


Qohum funksiyalar:
Sintaksis:
    СТАНДОТКЛОНП(число1;число2;...)
Nəticə:
     Baş küliyyata görə standart meyli hesablayır.
Arqumentlər:
          число1, число2, ...: baş küliyyata uyğun 1-dən 255-ə qədər 
           arqumentlər.
Qeydlər:
  •     СТАНДОТКЛОНП funksiyası nəzərdə tutur ki, arqumentlər yalnız baş külliyyatdan olan seçmədən götürülə bilər. Əgər verilənlər bütün baş külliyyatdan ibarətdirsə, onda СТАНДОТКЛОН funksiyasından istifadə etmək lazımdır;
  •      böyük seçmələr üçün СТАНДОТКЛОН və СТАНДОТКЛОНП təqribən bərabər qiymətləri hesablayırlar;
  •      ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər və həmçinin mətnlər nəzərə alınmır. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalıdırsa, onda СТАНДОТКЛОНПА funksiyasından istifadə olunmalıdır.
Riyazi-statistik interpretasiya:
Dispersiyanın ölçüsü variantların kvadratı ölçüsü kimidir. Xarakteristikanın əyaniliyi üçün ölçüsü variantların ölçüsü ilə üst-üstə düşən kəmiyyətdən istifadə etmək daha məqsədəuyğundur. Bu məqsədlə dispersiyadan kvadrat kök alırlar. Alınan kəmiyyətə standart meyl, başqa sözlə orta kvadratik meyl deyilir. Bu kəmiyyət elə əlamətin ölçüldüyü vahidlərlə ölçülür (ton, manat, metr, faiz və s.). 
 
Diqqət!
СТАНДОТКЛОНП funksiyası verilənlərin baş külliyyatı əhatə etməsini nəzərdə tutur. Əgər onlar seçmə külliyyatdan götürülürsə, onda СТАНДОТКЛОН funksiyasından istifadə edirlər. 

Misal
 Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). Baş küliyyata görə standart (orta kvadratik) meyli müəyyən etməli.

Комментариев нет:

Отправить комментарий